...

GƏNCƏDƏ YENİ EMAL ZAVODU TİKİLƏCƏK

Siyasət Materials 29 İyul 2005 17:03 (UTC +04:00)

Gəncədə bir ildə orta hesabla 1000 kub metr məişət tullantıları toplanaraq Gəncə-Bakı yolunun 12 km-də yerləşən zibilxanada neytrallaşmadan basdırılır və ya açıq havada yandırılır. İndiki zibilxana müasir tələblərə cavab vermədiyindən (zərərli tullantıların qrunt torpaqlarına və yeraltı sulara qarışma təhlükəsi yaranıb) yeni emal zavodunun tikilməsi zərurəti yaranıb. Bu məlumat Trend ə Gəncə şəhər Təmizlik İdarəsindən verilib.

Hələ bu haqda ilkin razılıq 1997-ci ildə əldə edilib. Bu məqsədlə hətta şəhərdən 14 km aralı 25 ha torpaq sahəsi də ayrılıb. BMT-nin inkişaf proqramı çərçivəsində "Superfond" un vəsaiti hesabına tikilməsi nəzərdə tutulan yeni zavod məlum olmayan səbəblərdən indiyədək tikilməyib. Yeni zavodun tikintisi yenidən gündəmə gətirilib. Hazırda Superfondun Bakı ofisində layihə çərçivəsində biznes plan tərtib edilir.

Xəbər lenti

Xəbər lenti