...

GƏNCƏDƏ KİMYƏVİ TULLANTILARIN HƏCMİ İLBƏİL ARTIR

Siyasət Materials 29 İyul 2005 17:07 (UTC +04:00)

Gəncədə ən çox istehsalat tullantıları "Gəncə Gil-Torpaq" İstehsalat Sahəsində əmələ gəlir. Bu məlumat Ekologiya İdarəsindən Trend nümayəndəsinə verilib.

Sözügedən müəssisənin fəaliyyəti zamanı əmələ gələn tullantılar 2 ədəd ümumi sahəsi 159 ha olan, alunit və 1 ədəd sahəsi 82 ha olan boksit şlam göllərində yığılıb saxlanılır. Hazırda alunit gölündə 11125000 ton, boksit gölündə isə 6000000 tullantı yığılıb. Ekologiya İdarəsinin əməkdaşlarının müşahidələrinə görə, tullantılar ətraf mühitə yayılaraq Gəncə şəhər və Goranboy, Samux rayonlarının flora və faunasına böyük ziyan vurur.

Zavoda neçə illər ərzində 482 ton vanadium oksidi toplanıb. Əvvəllər katalizator kimi tətbiq edilən həmin maddə bərpa üçün Rusiyaya göndərildi. Əlaqələr kəsiləndən sonra tulantılar müəssisənin ərazisində cəmlənib saxlanılıb. Bu da atmosferin və ətraf mühitin növbəti təhlükə qarşısında qalması deməkdir.

Xəbər lenti

Xəbər lenti