...

ƏDLİYYƏ NAZİRİ İNSAN HÜQUQLARI ÜZRƏ AVROPA MƏHKƏMƏSİNİN HAKİMİ İLƏ GÖRÜŞÜB

Siyasət Materials 29 İyul 2005 18:00 (UTC +04:00)

İyulun 29-da Azərbaycanın ədliyyə naziri Fikrət Məmmədov İnsan hüquqları üzrə Avropa Məhkəməsinin Avstriyadan olan hakimi Yelizabet Ştayneri (Elizabeth Steiner) qəbul edib.

Trend in məlumatına görə, söhbətin gedişində Ədliyyə Nazirliyinin başçısı Azərbaycanda insan hüquqlarının vəziyyəti və respublikada məhkəmə sisteminin təkmilləşdirilməsilə bağlı görülən tədbirlər barədə qonağa ətraflı məlumat verib.

Azərbaycanla Avropa Şurası arasında əməkdaşlığın məhsuldarlığını göstərən F. Məmmədov İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (İHAM)sədri Lyutsius Vildhaberlə keçirilən görüşün əhəmiyyətindən danışıb.Görüşün gedişində Azərbaycan və Avstriyanın Ədliyyə Nazirlikləri arasında əməkdaşlıq məsələlərinə də toxunulub.

Öz növbəsində, Y. Ştayner Avstriya tərəfinin Azərbaycanın məhkəmə sistemindəki islahatlarla bağlı atılan addımları dəstəkləməyə hazır olduğunu ifadə edərək F. Məmmədovu "İHAM-nin fəaliyyətiilə daha hərtərəfli tanışlıq üçün" Strasburqa dəvət edib.

Xəbər lenti

Xəbər lenti