...

FAZİL QƏZƏNFƏROĞLU İMZATOPLAMA KAMPANİYASINI BAŞA ÇATDIRIB

Siyasət Materials 30 İyul 2005 14:37 (UTC +04:00)

Böyük Quruluş Partiyasının (BQP) sədri Fazil Qəzənfəroğlunun imzatoplama kampaniyası başa çatıb. Bu barədə Trend ə F.Qəzənfəroğlu məlumat verib.

O bildirib ki, bazar ertəsi imza vərəqələrini Mərkəzi Seçki Komissiyasına təqdim edəcək. BQP sədri 26 saylı Sabunçu 1-ci seçki dairəsindən namizədliyini verir. Onun sözlərinə görə, ümumilikdə Böyük Quruluş Partiyasının seçkidə 17 nəfər namizədi var. Onlardan 8-i imza vərəqələrini seçki dairələrindən götürüblər.

Xəbər lenti

Xəbər lenti