...

"AZADLIQ" BLOKUNUN BÖLGƏLƏRDƏ YÜRÜŞ-MİTİNQLƏRİ KEÇİRİLİB

Siyasət Materials 30 İyul 2005 15:11 (UTC +04:00)

AXCP, ADP və Müsavat partiyalarının birləşdiyi "Azadlıq" blokunun iyulun 30-da Azərbaycanın bir neçə bölgəsində "Azad seçki" tələbi ilə kütləvi aksiyaları keçirilib. Azərbaycan Xalq Cəbhəsi Partiyasından (AXCP-islahatçılar) Trend ə bildirilib ki, Zaqatala və Tovuzda aksiyalar polislər tərəfindən dağıdılıb.

Lakin Saatlıda və Biləsuvarda mitinqlər baş tutub. İyulun 30-u saat 17.00-da növbəti aksiya Gəncədə keçiriləcək.

AXCP sədrinin müavini Həsən Kərimovun bildirdiyinə görə,

"Azadlıq" blokunun Zaqatala şöbələrinə aksiya keçirmək üçün şəhərdən kənar verilmişdi, lakin müxalifətçilər bununla razılaşmayıblar və şəhərin mərkəzində mitinq keçirməyə cəhd göstəriblər.

AXCP Rəyasət Heyətinin üzvü Fuad Qəhrəmanlı və daha 7 nəfər aksiya iştirakçısı həbs olunublar, müxalifətçilər bir neçə saatdan sonra azadlığa buraxılıblar.

Tovuzda da saat 11.00-da yerli müxalifətçilər aksiya keçirməyə cəhd edib. Lakin səhər saat 9.00 radələrindən polis qüvvələri aksiya keçiriləcək yeri mühasirəyə almağa başlayıb. Tovuzda icazəsiz aksiyaya cəhd zamanı "Azadlıq" blokunun 12 nəfər yerli nümayəndəsi həbs olunub.

Saatlıda isə Mədəniyyət Evinin qarşısında icazəli aksiya keçirilib. Saat 11.00-dan 13.00-dək davam edən mitinqdə insident baş verməyib. Biləsuvarda da saat 12.00-dan 14.00-dək icazəli yürüş-mitinq keçirilib.

Aksiyaya rəsmi icazə verilməsinə baxmayaraq şəhərin yürüş-mitinq olan küsəçində polis postları qurulub, polis əməkdaşları aksiyaya müdaxilə ediblər. Törədilən maneələrə baxmayaraq, yürüş-mitinq insidentsiz ötüşüb.

Növbəti yürüş-mitinqlər iyulun 31-də saat 11.00-dan 13.00-dək Sabirabadda, 17.00-dan 19.00-dək Lənkəranda və 11.00-dan 13.00-dək İmişlidə keçiriləcək. Həsən Kərimov iyulun 30-da təşkil olunan aksiyaların baş tutmuş hesab edildiyini deyib.

Xəbər lenti

Xəbər lenti