...

SON 3İL ƏRZİNDƏ 14.453 NƏFƏR SƏRHƏD POZUCUSU SAXLANILIB

Siyasət Materials 30 İyul 2005 15:12 (UTC +04:00)

Son 3il ərzində 14.453 nəfər sərhəd pozucusu saxlanılıb. Bu barədə "Trendə" Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quilyev məlumat verib. Sərhəd Qoşunları Komandanının sözlərinə görə, son 3 il ərzində dövlət sərhədində 14.453 nəfər sərhəd pozucusu tutulub. 9.271 əməliyyat tapşırığı yerinə yetirilib, 24,5 milyard manat dəyərində qaçaqmal, 251 ədəd müxtəlif növlü və çaplı silah, 1 mindən yuxarı patron, 225 kq.

Partladıcı maddə, 30 ədəd əl qumbarası, 65 ədəd mina, külli miqdarda digər sursatlar, 75,2 kq. müxtəlif növ narkotik maddələr aşkar edilib. Sərhədyanı zonalarda 176 tondan yuxarı yabanı halda bitmiş müxtəlif növ narkotik bitki məhv edilib.

"Dövlətçiliyimizə qarşı ünvanlanmış təxribatların qarşısının ciddi şəkildə alınması, ucqar dağlıq ərazilərdə xüsusi əməliyyat tədbirlərinin keçirilməsi hər bir Azərbaycan sərhədçisinin Ali Baş Komandanın qarşımızda qoyduğu vəzifələrin icrasına səfərbər olmasının bariz nümunəsidir" - deyə Elçin Quliyev bildirib.

Xəbər lenti

Xəbər lenti