...

AZƏRBAYCAN – RUSİYA SƏRHƏDİNDƏ BİZİ NARAHAT EDƏCƏK BİR MƏSƏLƏ YOXDUR

Siyasət Materials 30 İyul 2005 15:31 (UTC +04:00)
AZƏRBAYCAN – RUSİYA SƏRHƏDİNDƏ BİZİ NARAHAT EDƏCƏK BİR MƏSƏLƏ YOXDUR

İyulun 30-da Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyev jurnalistlərin Rusiya Federasiyasının prezidentiVladimir Putinin sərhədlərdə keçirdiyi müşavirələrdə Azərbaycan-Rusiya sərhədinin gücləndirilməsinə dair bəyanatı ilə bağlı suallarına cavab olaraq bildirib ki, hazırda bu iki ölkə arasındakı sərhədlərdə bizi narahat edəcək məsələlər yoxdur.

Əksinə, sərhədlərimiz arasında qarşılıqlı əməkdaşlıq getdikcə inkişaf edir. "Vladimir Putinin sərhədlərə gəlməsi və keçirdiyi müşavirələr haqqında məlumatlarımız var.

Həmin müşavirələrdə Rostovda yerləşən Cənubi Federal Dairənin rəhbəri Rusiya prezidentinə məruzə edərkən bildirib ki, Azərbaycan-Rusiya sərhədinldə ciddi narazılıqlar yoxdur" - deyə Elçin Quliyev bildirib.

Çeçenistandakı partlayışdan sonra Çeçenistan Respublikasının prezidenti Alu Alxanovun silahlı dəstələrə yardımların Azəçbaycan sərhədindən keçirilməsi ilə bağlı bəyanatına münasibət bildirən Sərhəd Qoşunlarının Komandanı Elçin Quliyevin sözlərinə görə, Azərbaycan tərəfindən sərhədlərin mühafizəsi dövlət tərəfindən yüksək səviyyədə qorunur. Bu istiqamətdə sərhəd infrastrukturlarının yaradılması üçün bütün zəruri tədbirlər görülüb və görülməkdədir".

Xəbər lenti

Xəbər lenti