...

AXCP GƏNCLƏR TƏŞKİLATININ SƏDRİ NAMƏLUM ŞƏXSLƏR TƏRƏFİNDƏN TUTULUB

Siyasət Materials 30 İyul 2005 16:20 (UTC +04:00)

İyulun 30-da Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP-islahatçılar) Gənclər Təşkilatının sədri Seymur Həziyev üç nəfər mülki şəxs tərəfindən oğurlanaraq "Azadlıq" prospektinin həyətlərindən birində yerləşən zirzəmiyə salınıb.

Bu barədə Trend ə AXCP-dən məlumat verilib. Seymur Həziyev bildirib ki, onu "Niva" markalı ağ rəncli, pərdəli maşında aparıblar və həbsinin səbəbi ilə bağlı heç bir məlumat verməyiblər.

Təxminən iki saat ərzində AXCP üzvünü həmin zirzəmidə saxlayıblar. S.Həziyev saat 12.30-da saxlanıldığı hospitalın yanına gətirilərək sərbəst buraxılıb. S.Həziyevin dəfələrlə təkid etməsinə baxmayaraq, onu həbs edənlərin kimliyi barədə məlumat verilməyib.

Xəbər lenti

Xəbər lenti