...

2005-Cİ İLİN SONUNA QƏDƏR AZƏRBAYCANDA YERLİ DANIŞIQLAR ÖDƏNİŞLİ OLACAQ

Siyasət Materials 1 Avqust 2005 13:02 (UTC +04:00)
2005-Cİ İLİN SONUNA QƏDƏR AZƏRBAYCANDA YERLİ DANIŞIQLAR ÖDƏNİŞLİ OLACAQ

Cari ilin sonuna qədər Azərbaycanda yerli danışıqlar ödənişli olacaq. Trend in məlumatına görə, bu barədə rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov bildirib.

Onun sözlərinə görə, istifadəçilərin sayı və telefon xətlərindən istifadənin artması ilə əlaqədar bu tədbirin həyata keçirilməsi zəruridir. Nazir hesab edir ki, elə tarif müəyyən edilməlidir ki, əhalinin az təminatlı təbəqəsinin onu ödəməyə gücü çatsın. "Məsələn, bir ay ərzində 300 dəqiqəlik danışıqlar təxminən 1 dollar olmalıdır", - deyə, o bildirib.

Bundan başqa, Ə.Abbasov onu da vurğulayıb ki, balansın yaradılması üçün 2006-cı ildə beynəlxalq danışıqlar üzrə müəyyən edilmiş tariflər azaldılacaq, belə ki, onlar digər ölkələrdə mövcud tariflərlə müqayisədə yüksək olaraq qalır.

Qeyd edək ki, 2004-cü ilin sentyabrında beynəlxalq danışıqlar üzrə tariflər 30-40% azaldılıb.

Xəbər lenti

Xəbər lenti