...

AZƏRBAYCAN RESPUBLİKASI XARİCİ İŞLƏR NAZİRİ VAŞİNQTONA SƏFƏR EDİB

Siyasət Materials 1 Avqust 2005 13:12 (UTC +04:00)

Avqustun 1-də AR XİN başçısı Elmar Məmmədyarovun Vaşiqtona işgüzar səfəri başlayıb. AR XİN-dən Trend ə bildirildiyi kimi, səfər ABŞ-ın dövlət katibi Kondoliza Raysın dəvəti ilə həyata keçirilir.

Avqustun 5-nə kimi davam edəcək səfərin gedişində nazir Ağ Evdə, Pentaqonda, analitik mərkəzlərdə və qeyri-hökumət təşkilatlarında görüşlər keçirəcək.

Görüşlərdə beynəlxalq təşkilatlarla ikitərəfli siyasi və iqtisadi əməkdaşlıq, gələcəkdə qarşılıqlı fəaliyyətə dair məsələr müzakirə mövzusu olacaq. Danışıqlarda əsas yeri Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsi tutacaq.

Xəbər lenti

Xəbər lenti