...

MDB DÖVLƏT BAŞÇILARININ SAMMİT GÜNDƏLİYİNƏ TƏXMİNƏN 15 MƏSƏLƏ DAXİL EİLƏCƏK

Siyasət Materials 1 Avqust 2005 14:36 (UTC +04:00)

MDB dövlət başçılarının avqustun 27-də Kazanda keçiriləcək növbəti sammitinin gündəliyinə 15 məsələ daxil ediləcək. Bu barədə Trend ə Azərbaycanın Nazirlər Kabinetində bildirilib.

Hazırda MDB-nin icraçı katibi sammit ərəfəsində hazırlıq işləri aparır. Sammitdə Birliyin strukturunun təkmilləşdirilməsi və dəyişdirilməsi, MDB ölkələri arasında qarşılıqlı ticarətdə mövcud məhdudiyyətlər, humanitar əməkdaşlığa dair məsələlərin əsas müzakirə mövzusu olacağı nəzərdə tutulur.

Qarşıdakı sammitin proqramı və gündəliyi MDB ölkələrinin yüksək vəzifəli hökumət üzvlərinin iclaslarında təsdiq olunub.

Xəbər lenti

Xəbər lenti