...

AVP-NİN PARLAMENT SEÇKİSİNDƏ 30 NAMİZƏDİ İŞTİRAK EDƏCƏK

Siyasət Materials 1 Avqust 2005 14:48 (UTC +04:00)

Ana Vətən Partiyasının (AVP) bu il keçiriləcək parlament seçkisində 30 nəfər namizədi var. Trend in məlumatına görə, bu barədə partiyanın sədri Fəzail Ağamalı avqustun 1-də Beynəlxalq Mətbuat Mərkəzində keçirdiyi mətbuat konfransında açıqlama verib.

O bildirib ki, həmin 30 nəfər arasında seçkidə həm partiyanın siyahısı ilə iştirak edən, həm də AVP üzvlüyünü göstərməklə müstəqil şəkildə seçkiyə qatılan namizədlər var. F.Ağamalı qeyd edib ki, AVP bu seçkidə heç bir seçki blokuna qoşulmayacaq, ancaq öz imkanlarından, potensialından istifadə edəcək. Əlavə edib ki, AVP bu seçkidə də ümummilli lider Heydər Əliyevin siyasi irsinə sadiq qalaraq, prezident İlham Əliyevin yürütdüyü siyasəti dəstəkləyərək öz fəaliyyətəni davam etdirəcək.

F.Ağamalı onu da deyib ki, seçki dairələrində AVP-nin namizədləri öz müttəfiqlərinin, o cümlədən Yeni Azərbaycan Partiyasının namizədləri ilə üst-üstə düşərsə, onlar bir-birilərinə rəqib olmayacaqlar: "Hətta namizədlərdən birinin digərinə güzəştə getməsi də mümkündür, yaxud digər taktiki addımlar atılacaq. Bizim rəqiblərimiz müxalifətin namizədləri olacaq və onlar üzərində qələbə çalmağa çalışacağıq"-deyə F.Ağamalı bildirib.

Xəbər lenti

Xəbər lenti