...

"AZƏRBAYCAN NAMİNƏ" SEÇKİ BLOKUNA 10 TƏŞKİLAT QOŞULDU

Siyasət Materials 1 Avqust 2005 16:27 (UTC +04:00)

"Azərbaycan Naminə" seçki blokuna bir neçə yeni üzvlər qəbul edilib. Trend in məlumatına görə, avqustun 1-də Beynəlxalq Mətbuat Mərkəzində 10 təşkilatın və fərdi şəxslərin seçki blokuna qoşulmasına dair saziş imzalanması mərasimi keçirilib.

Yeni üzvlərin birgə bəyanatında deyilir ki, "Azərbaycan Naminə" seçki blokuna qoşulmalarının səbəbi bu blok ətrafında yeni simaların, Qarabağ döyüşlərində iştirak etmiş hərbçilərin, milli ruhlu ziyalıların, vətənpərvər gənclərin, Azərbaycan diasporu ilə iş aparan təşkilatların birləşməsidir. Bəyanatı imzalayan təşkilatlar Azərbaycanın demokratikləşməsi prosesində iştirak etmək istəyən vətəndaşları "Azərbaycan naminə" Seçki Blokuna qoşulmağa çağırıb.

Seçki blokuna yeni qoşulanlar "Qarabağ müharibəsi veteranlarına, şəhid ailələrinə, əlillərə sosial-mədəni yardım" İctimai Birliyi, Hacı Zeynalabdin Tağıyev adına Xeyriyyə Cəmiyyəti, "31 mart" Təşkilatı, Dünya Azərbaycan-Türk Qadınlarını Müdafiə Mərkəzi, Müstəqil Ziyalılar Birliyi, Qarabağ Xalq Yardımı Komitəsi, "Vahid Milli Cəbhə" təşkilatı, Vətən Müharibəsi Əlilləri və Şəhid Ailələri Cəmiyyəti və digərləridir.

Qeyd edək ki, hazırda "Azərbaycan naminə" Seçki Blokunun bu il keçiriləcək parlament seçkisində iştirak edəcək 33 namizədi var. Lakin namizədlərin sayının artırılması nəzərdə tutulub.

Xəbər lenti

Xəbər lenti