...

"AZƏRBAYCAN NAMİNƏ" VƏ "AZƏRBAYCAN TƏRƏQQİ ALYANSI" SEÇKİ BLOKLARI MÜTTƏFİQLİK SAZİŞİ İMZALADI

Siyasət Materials 1 Avqust 2005 16:34 (UTC +04:00)

Avqustun 1-də "Azərbaycan Naminə" Seçki Bloku ilə "Azərbaycan Tərəqqi Alyansı" Seçki Bloku arasında müttəfiqlik sazişi imzalanıb. Trend in məlumatına görə, bir müddət əvvəl əməkdaşlıq haqqında saziş imzalamış bu seçki blokları artıq qeydiyyatdan keçdikdən sonra müttəfiqlik sazişi bağladılar.

Sazişə əsasən, "Azərbaycan Naminə" və "Azərbaycan Tərəqqi Alyansı" seçki blokları qarşıdan gələn parlament seçkisində namizədlərini razılaşdıracaq və hər seçki dairəsi üzrə vahid namizəd irəli sürəcəklər.

Həmçinin tərəflərin seçkidə bir-birinin əleyhinə təbliğat aparmamaq, birgə kütləvi aksiyalar təşkil etmək, seçkinin azad, ədalətli və demokratik keçirilməsi üçün səy göstərmək, baş verə biləcək seçki saxtakarlıqlarına qarşı birgə mübarizə aparmaq öhdəlikləri də var.

124 seçki dairəsinin hamısından namizəd vermək niyyətində olan "Azərbaycan Tərəqqi Alyansı" müttəfiqliyə görə, 28 seçki dairəsində "Azərbaycan Naminə" Seçki Blokuna güzəştə gedib.

Xəbər lenti

Xəbər lenti