...

AZƏRBAYCAN PREZİDENTİ UKRAYNA SƏFİRİNİ QƏBUL EDİB

Siyasət Materials 1 Avqust 2005 16:48 (UTC +04:00)

Trend agentliyi bildirir ki, avqustun 1-də Azərbaycan Respublikasının prezidenti İlham Əliyev Ukraynanın səfiri Anatoli Yurçenkonu Bakıda diplomatik missiyasının başa çatması ilə bağlı olaraq qəbul edib.

Aparılan söhbət əsnasında prezident İlham Əliyev Ukrayna səfirinin fəaliyyətinə yüksək qiymət verərək səfirin iki ölkə arasında əməkdaşlığın inkişafındakı xidmətini qeyd edib.Dövlət başçısı Azərbaycan-Ukrayna əməkdaşlığının gələcək inkişafının əhəmiyyətini vurğulayıb.

Öz növbəsində səfir Anatoli Yurçenko Ukrayna ilə Azərbaycan arasında strateji tərəfdaşlığın bundan sonra da yüksələn xətlə inkişaf etdiriləcəyinə əminlik ifadə edib.

Xəbər lenti

Xəbər lenti