...

HÜQUQ MÜDAFİƏ TƏŞKİLATLARI KÜTLƏVİ AKSİYALARLA BAĞLI HESABAT HAZIRLAYIR

Siyasət Materials 1 Avqust 2005 17:42 (UTC +04:00)

Hüquq Müdafiə Təşkilatları Monitorinq Qrupu bölgələrdə keçirilən kütləvi aksiyaların monitorinqini aparır və sonra onlara dair hesabat hazırlayır. Bu barədə Trend ə Monitorinq Qrupunun üzvü, Dilarə Əliyeva adına Qadın Hüquqları Müdafiə Cəmiyyətinin sədri Novella Cəfəroğlu məlumat verib.

O, bildirib ki, bütün siyasi qüvvələrin həm paytaxtda, həm də ayrı-ayrı rayonlarda keçirdiyi aksiyaların monitorinqindən sonra hesabat hazırlanaraq beynəlxalq təşkilatlara, səfirliklərə təqdim olunur.

N.Cəfəroğlunun sözlərinə görə, sonuncu monitorinq "Azadlıq" blokunun avqustun 30-u və 31-də bir neçə bölgədə keçirilən mitinqləri ilə bağlıdır.

N.Cəfəroğlu həm də özünün rəhbərlik etdiyi təşkilatın ayrılıqda kütləvi aksiyaların monitorinqini apardığını deyib. Qadın Hüquqları Müdafiə Cəmiyyətinin bölgələrdəki yerli şöbələri sonuncu aksiyaları müşahidə ediblər.

N.Cəfəroğlunun sözlərinə görə, Müdafiə Cəmiyyətinin hesabatı Prezident Aparatına, Milli Məclisə, Mərkəzi Seçki Komissiyasına və beynəlxalq təşkilatlarla səfirliklərə təqdim olunur.

O, bundan sonra da seçki gününə qədər keçiriləcək bütün kütləvi aksiyaların, seçki ilə bağlı tədbirlərin monitorinqinin aparılacağını və onlara dair hesabatlar hazırlanacağını deyib.

Xəbər lenti

Xəbər lenti