...

AVQUSTUN 3-DƏN 5-DƏK SƏUDİYYƏ ƏRƏBİSTANININ SƏFİRLİYİ KRALIN VƏFATI İLƏ BAĞLI TƏDBİR TƏŞKİL EDİR

Siyasət Materials 1 Avqust 2005 18:33 (UTC +04:00)

Avqustun 3-dən 5-dək Səudiyyə Ərəbistanının Azərbaycandakı səfirliyi SƏ kralı Fəhd bin Əbduləziz Əl Səudun vəfatı ilə bağlı tədbirlər təşkil edir.Bu barədə Trend agentliyinə Səudiyyə Ərəbistanının Azərbaycandakı səfirliyində bildirilib.

Burada bildirilib ki, bu günlərdə ölkənin rəsmi şəxsləri, ictimaiyyətin nümayəndələri səfirliyə gələrək kralın xatirəsini yad etmək üçün öz başsağlığını bildirə bilər. Səfirlikdə həm də başsağlığı kitabı açılacaq.

Xatırladaq ki, kral Fəhd bin Əbduləziz Əl Səud avqustun 1-də 82 yaşında vəfat edib.

Xəbər lenti

Xəbər lenti