...

PREZİDENT İLHAM ƏLİYEV SƏUDİYYƏ ƏRƏBİSTANI KRALININ VƏFATI İLƏ BAĞLI BAŞSAĞLIĞI VERİB

Siyasət Materials 1 Avqust 2005 19:01 (UTC +04:00)

Trend agentliyi bildirir ki, Azərbaycan Respublikasının prezidenti İlham Əliyev avqustun 1-də Səudiyyə Ərəbistanının kralı Abdullah bin Əbduləziz əl Səuda kral Fəhd bin Əbduləziz əl-Səudun vəfatı ilə bağlı başsağlığı məktubu göndərib.

Məktubda xüsusilə qeyd olunur ki, "İki müqəddəs ocağın xadimi, Səudiyyə Ərəbistanı kralı Fəhd bin Əbduləziz Əl Səud öz doğma xalqına sədaqətlə xidmət etmiş, islam sivilizasiyasının, ümumbəşəri dəyərlərin qorunub-saxlanmasında əvəzsiz rol oynamışdır.Onun xatirəsi qəlbimizdə daim yaşayacaq".

Xəbər lenti

Xəbər lenti