...

İLHAM ƏLİYEV EXCELSIOR OTELİNİN AÇILIŞINDA İŞTİRAK EDİB

Siyasət Materials 1 Avqust 2005 21:00 (UTC +04:00)
İLHAM ƏLİYEV EXCELSIOR OTELİNİN AÇILIŞINDA İŞTİRAK EDİB

Trend in xəbər verdiyi kimi, Azərbaycan Respublikasının prezidenti İlham Əliyev və ölkənin birinci xanımı Mehriban Əliyeva Ataholdinq şirkəti tərəfindən Bakının Heydər Əliyev prospektində tikilmiş Excelsior otelinin açılış mərasimində iştirak ediblər.

Çıxışında İ.Əliyev otelin biznes və istirahət baxımından bütün müasir tələblərə cavab verdiyini qeyd edib. "Otelin fərqləndirici xüsusiyyəti onun çox incə zövqlə tikilməsidir. Otel memarlıq nöqteyi-nəzərindən də cəlbedicidir", - deyə dövlət başçısı bildirib.

İ.Əliyev onu da vurğulayıb ki, bu gün ölkə qarşısında duran ən vacib məsələlərdən biri də qeyri-neft sektorunun inkişaf etdirilməsidir və o, uğurla həyata keçirilir. Bu sahəyə böyük investisiya qoymaq üçün sabitliyə inam bəsləmək lazımdır, bu inam isə bizim investorlarımızda və Azərbaycan ictimaiyyətində hiss olunur. "Azərbaycanın iqtisadiyyatı yüksək templə inkişaf edir və mən inanıram ki, bu, gələcəkdə də davam edəcək. Azərbaycan isə regionda liderliyini daha da möhkəmlədəcək", - deyə ölkə prezidenti qeyd edib.

Ataholdinqin məlumatına görə, otelin ümumi dəyəri 22,5 mln ABŞ dollarıdır. Oteldə 2 İmperial-Lüks, 2 Royal-lüks, 4 Crown-lüks, 45 - heritage-standart, 9 - az otaqlı duke tikilib, burada həmçinin iclasların keçirilməsi üçün nəzərdə tutulmuş zal, biznes-mərkəzlər, restoran və barlar, sağlamlıq mərkəzləri var. Məlumatda o da bildirilir ki, mehmanxanın işçi heyəti 230 nəfərdən ibarətdir. Otelin tikintisinə 2 il vaxt sərf olunub, avadanlıqlar isə Türkiyə, Fransa və İtaliyadan gətirilib. Otelin interyeri Avropa üslubundadır.

Xəbər lenti

Xəbər lenti