...

UKRAYNANIN AZƏRBAYCANDAKI SƏFİRİ ÖLKƏNİ TƏRK EDİB

Siyasət Materials 2 Avqust 2005 14:13 (UTC +04:00)

Avqustun 2-də Ukraynanın Azərbaycanda diplomatik missiyasını başa vurmuş səfiri Anatoli Yurçenko ölkəni tərk edərək Ukraynaya qayıdıb. Bu barədə Trend ə Ukraynanın Azərbaycandakı səfirliyindən xəbər verilib.

Xatırladaq ki, Azərbaycan Anatoli Yurçenkonun səfir kimi ilk dəfə fəaliyyətə başladığı ölkədir.

Azərbaycana səfir təyin olunana qədər o, Ukraynanın Xersonsk vilayəti administrasiyasının rəhbəri olub. Azərbaycanda isə səfir kimi 2004-cü ilin avqustundan fəaliyyətə başlayıb.

Yeni səfir təyin olunana qədər Ukraynanın Azərbaycandakı diplomatik missiyasına ölkədə Ukraynanın işləri üzrə müvəqqəti müvvəkil İqor Kezıma rəhbərlik edəcək.

Səfirlikdə yeni səfir haqqında hələlik heç bir məlumat yoxdur.

Xəbər lenti

Xəbər lenti