...

AZƏRBAYCAN NEFTİN QİYMƏTLƏRİNİN BÜDCƏ PROQNOZUNU REKORD GÖSTƏRİCİYƏ QƏDƏR ARTIRACAQ

Siyasət Materials 2 Avqust 2005 15:58 (UTC +04:00)

İqtisadi İnkişaf Nazirliyi Nazirlər Kabinetinə 2006-cı il üçün makroriqtisadi proqnoz təqdim edib. Trend in məlumatına görə, bu barədə jurnalistlərə iqtisadi inkişaf naziri Fərhad Əliyev bildirib.

Onun sözlərinə görə, makroiqtisadi göstəricilərə əsasən, 2006-cı ildə hökumət bir barel neftin proqnoz qiymətini 35 dollara çatdırmağı planlaşdırır.

2006-cı il üçün büdcə proqnozunun ilkin variantına əsasən, əvvəlcə neftin qiyməti 2005-ci ilin büdcə proqnozu ilə eyni səviyyədə müəyyən edilirdi, yəni proqnoza əsasən bir barel neftin qiyməti 25 dollar təşkil edirdi.

Neftin qiymətlərinin büdcə proqnozlarının artma tendensiyası artıq bir neçə ildir ki, davam edir, xüsusilə 2003-cü ildə 1 barel neftə görə bu göstərici $19,5, 2004-cü ildə $22, 2005-ci ildə isə $25 təşkil edib.

Hətta bir barel neftin qiymətinin 35 dollar olması da neftin real qiymətlərindən çox aşağı göstəricidir. Avqustun 1-nə olan vəziyyət üzrə bir barel AZERİ LT CİF neftinin qiyməti $60,90 (rekord göstəricilərdən biri) təşkil edib. Avqustun 1-də 1 barel URAL (EX-NOIO) neftinin qiyməti $55,81 olub.

Xəbər lenti

Xəbər lenti