...

MÜSAVAT RƏHBƏRLİYİ AVQUSTUN 5-DƏ İQTİDAR-MÜXALİFƏT PARTİYALARININ GÖRÜŞÜNÜ TƏŞKİL EDİR

Siyasət Materials 2 Avqust 2005 16:57 (UTC +04:00)

Avqustun 5-də saat 12.00-da Musavat Partiyasının qərargahında iqtidar-müxalifət partiyalarının növbəti görüşü keçiriləcək. Trend in məlumatına görə, bu barədə jurnalistlərə Müsavat Partiyasının başqanı İsa Qəmbər məlumat verib.

Onun sözlərinə görə, avqustun 2-də partiyalara dəvətnamə göndərilib. Görüşə dəvətlilər Yeni Azərbaycan Partiyası (YAP), Ana Vətən, Sosial Rifah, Vətəndaş Həmrəyliyi, Azərbaycan Milli İstiqlal, Azərbaycan Demokrat, Azərbaycan Xalq Cəbhəsi partiyalarıdır.

İ.Qəmbər deyib ki, iqtidar və müxalifət partiyalarının bu dəfəki görüşündə parlament seçkisində bütün siyasi qüvvələrə bərabər şərait yaradılması, seçki komissiyalarının poritet əsasda formalaşdırılması, vətəndaşların ölkənin hər yerində sərbəst toplaşmaq azadlığının bərpa olunması və siyasi mühacirlərin vətənə qayıtmasına şərait yaradılması məsələlərinin müzakirəyə çıxarılması nəzərdə tutulub: "Lakin qarşı tərəfin də mövzu ilə bağlı fikirləri, təklifləri dəyərləndiriləcək. Dəyirmi masanın gündəliyi elə həmin gün, görüş zamanı müəyyən olunmalıdır"-deyə İ.Qəmbər bildirib.

O, əlavə edib ki, hakimiyyət tərəfi siyasi qüvvələr arasında müzakirələr aparılmasında maraqlıdırsa, o zaman Müsavat Partiyasının dəvətini qəbul edib dəyirmi masada iştirak etməlidir.

Xəbər lenti

Xəbər lenti