...

"AZADLIQ" BLOKUNUN 110 DAİRƏDƏN VAHİD NAMİZƏDİ MÜƏYYƏNLƏŞDİ

Siyasət Materials 2 Avqust 2005 16:58 (UTC +04:00)

"Azadlıq" blokunun seçki dairələri üzrə daha iki vahid namizədi müəyyənləşdi. Bu barədə Trend ə "Azadlıq" blokundan məlumat verilib. Avqustun 2-də blok liderlərinin toplantısında namizədlər siyahısı ilə bağlı müzakirələr aparılıb.

Qərara alınıb ki, iki nəfər blok üzvünün - Tofiq Hüseynovun 105 saylı Tovuz şəhər və Şəkər İsgəndərovun 48 saylı Yevlax şəhər seçki dairələrindən namizədliyi irəli sürülsün.

Beləliklə, "Azadlıq" blokunun ümumilikdə110 seçki dairəsi üzrə vahid namizədləri müəyyən olundu.

7 seçki dairəsi üzrə namizədləri müəyyənləşdirmək üçün isə ilkin seçki keçiriləcək. Bunun üçün "Azadlıq" blokunun ilkin seçki ilə bağlı Əsasnaməsi hazırlanıb və ilkin seçki komissiyası yaradılıb.

Avqustun 3-də saat 11.00-da ilkin seçki komissiyasının ilk iclası keçiriləcək, 7 dairədən namizədləri seçmək üçün müzakirələr aparılacaq, müvafiq qərarlar veriləcək.

Xəbər lenti

Xəbər lenti