...

MÜSAVAT PARTİYASININ DƏVƏTİ İQTİDAR DÜŞƏRGƏSİNDƏ MÜZAKİRƏ OLUNACAQ

Siyasət Materials 2 Avqust 2005 17:02 (UTC +04:00)

Müsavat Partiyasının avqustun 5-də iqtidar-müxalifət partiyalarının görüşünü təşkil etmək təşəbbüsü qarşı tərəfdə - hakimiyyət düşərgəsində təəccüblə qarşılanıb.

Görüşlərdə iqtidar tərəfindən iştirak edən Ana Vətən Partiyasının (AVP) sədri Fəzail Ağamalı Trend ə bildirib ki, Müsavat Partiyası bu addımında gecikib. Ancaq buna baxmayaraq, onlar bu dəvəti müzakirə edəcəklərini deyib.

F.Ağamalı xatırladıb ki, YAP-ın təşəbbüsü ilə iqtidar-müxalifət partiyaları iyulun 29-da bir araya gəlib, dəyirmi masa ətrafında müzakirələr aparıblar və növbəti görüşün Vətəndaş Həmrəyliyi Partiyasının qərargahında keçirilməsinə qərar veriblər: "Müsavat Partiyasının bundan sonra öz təşəbbüsü ilə görüş təyin etməsi qəribə görünür.

Ancaq bununla belə, əgər Müsavat Partiyasının təklifi səmimi olsa, onun keçirəcəyi görüşdən imtina etməyəcəm. Lakin bunu müttəfiqimiz olan Yeni Azərbaycan Partiyası ilə müzakirə edib məsləhətləşəcəyik"- deyə F.Ağamalı bildirib.

AVP sədrinin sözlərinə görə Yeni Azərbaycan Partiyasının rəhbərliyi bu vəziyyəti araşdırıb konstruktiv addım atacaq.

Xəbər lenti

Xəbər lenti