...

HACI MƏMMƏDOV VƏ SÜRÜCÜSÜ ABŞERON RAYON MƏHKƏMƏSİNDƏ ŞAHİD QİSMİNDƏ DİNDİRİLƏCƏK

Siyasət Materials 2 Avqust 2005 17:06 (UTC +04:00)

Avqustun 2-də Abşeron rayon Məhkəməsində Hacı Məmmədovun yaxın qohumu Xosrov Cavadovun məhkəməsi başlandı. Bu barədə məlumatı Trend ə təqsirləndirilən şəxsin vəkili Aydın Nəzərli verib.

Vəkilin sözlərinə görə, qanunsuz silah saxlamaqda ittiham edilən Xosrov Cavadov ifadəsində göstərib ki, Saray qəsəbəsində qayınanasına məxsus mülkdən tapılmış 4 ədəd tüfəng və xeyli sayda güllələr ona yox, qaynı Hacı Məmmədova məxsus olub.

O isə həmin evə qonaq qismində gedib-gəlirmiş. Xosrov Cavadovun həyat yoldaşı Arifə Cavadova da məhkəmə ifadəsində tapılan silahların qardaşı Hacı Məmmədova məxsus olduğunu təsdiqləyib.

Sözügedən mülkün gözətçisi məhkəmənin nəzərinə çatdırıb ki, Xosrov Cavadovu və sonuncunun ailəsini həmin evdə bir-iki dəfə görüb.

Silahlar tapılan otaq isə Hacı Məmmədovun ixtiyarında olub. Silahlar da ona məxsusdur.

Vəkil onu da bildirdi ki, Hacı Məmmədov və sürücüsü Rövşən Əliyev iş üzrə keçən əsas şahidlərdəndir. Bu səbəbdən də vəkillər hakimdən hazırda həbsdə saxlanılan bu işi şəxsin məhkəməyə gətiriləcək dindirilməsini xahiş ediblər.

"Hakim də söz verib ki, onların hər ikisi avqustun 11-də davam edəcək məhkəmə iclasına gətiriləcək" - deyə vəkil söyləyib.

Xəbər lenti

Xəbər lenti