...

"AZADLIQ" BLOKUNUN HƏFTƏSONU GÖYÇAYDA MİTİNQİ KEÇİRİLƏCƏK

Siyasət Materials 2 Avqust 2005 17:15 (UTC +04:00)

AXCP (islahatçılar), ADP və Müsavat partiyalarının birləşdiyi "Azadlıq" blokunun bu həftənin sonu Göyçay rayonunda mitinqi keçiriləcək.

Trend in məlumatına görə, bu barədə blokun üzvü, Müsavat Partiyasının başqanı İsa Qəmbər açıqlama verib. O, bildirib ki, növbəti həftə isə digər rayonlarda kütləvi aksiyalar təşkil ediləcək.

İ.Qəmbərin sözlərinə görə, avqustun 2-də "Azadlıq" bloku liderlərinin iclasında kütləvi aksiyalar məsələsi müzakitrə edilib, iyulun 30-31-də bölgələrdə keçirilmiş yürüş-mitinqlər, yerli müxalifətçilərin bu aksiyalalardakı fəallığı yüksək qiymətləndirilib. İclasda qərara alınıb ki, növbəti mitinq Göyçayda, növbəti həftə isə digər rayonlarda keçirilsin.

İ.Qəmbərin sözlərinə görə, "Azadlıq" blokunun avqust ayı ərzində keçirəcəyi kütləvi aksiyalar silsiləsinə hazırlıq mərhələsi başlayıb. Yaxın zamanda Bakıda və bölgələrdə keçiriləcək aksiyaların vaxtı və yeri müəyyən olunacaq.

Xəbər lenti

Xəbər lenti