...

ƏLİ HÜSEYNOV: AZƏRBAYCAN İCTİMAİYYƏTİ KORRUPSİYA İLƏ MÜBARİZƏ TƏDBİRLƏRİ BARƏDƏ MƏLUMATLANDIRILMAYIB

Siyasət Materials 2 Avqust 2005 19:00 (UTC +04:00)
ƏLİ HÜSEYNOV: AZƏRBAYCAN İCTİMAİYYƏTİ KORRUPSİYA İLƏ MÜBARİZƏ TƏDBİRLƏRİ BARƏDƏ MƏLUMATLANDIRILMAYIB

Azərbaycan ictimaiyyətinin korrupsiya əleyhinə komissiyanın fəaliyyəti barədə kifayət qədər məlumatlandırılmaması ən yaxın vaxtda aradan qaldırılmalı olan şərtsiz çatışmamazlıqdır.

Bu barədə Trend agentliyinə müsahibəsində hüquqi siyasət və dövlət quruculuğu üzrə parlament daimi komissiyasının sədri, dövlət qulluğu idarəetmə şurası yanında korrupsiya ilə mübarizə üzrə Komissiyanın üzvü Əli Hüseynov bəyan edib.

Ə.Hüseynovun sözlərinə görə, www.commission-anticorruption.gov.az saytının artıq bir aydan bəri fəaliyyət göstərməsinə baxmayaraq nəinki sıravi vətəndaşlar, KİV nümayəndələri belə onun mövcudluğundan xəbərsizdir.

"Mən şəxsən yaxın günlərdə saytın adının sadələşdirilməsinə dair məsələ qaldıracağam" -deyə o bildirib. Ə.Hüseynov qeyd edib ki, həmin saytda antikorrupsiya komissiyasının hər bir iclasının qərarları, eləcə də korrupsiya ilə mübarizə sahəsində beynəlxalq əməkdaşlıq, AR-nin qanunvericilik aktları barədə məlumatlar yerləşdirilib.

Antikorrupsiya komissiyasına yönəldilmiş şikayətlərə toxunan Ə.Hüseynov bildirib ki, "şikayətlər həqiqətən çoxdur, amma bunların əksəriyyəti anonim xarakterlidir və bu da onların baxılmasına maneə yaradır".

"Mənim şəxsi fikrim belədir ki, anonim şikayətlərə də baxılmalıdır" -deyə parlamentari qeyd edib.O, bildirib ki, Azərbaycanda hər-hansı konkret "korrupsiyaya uğramış sahə"dən danışmaq düzgün deyil.

" Fiziki və hüquqi şəxslərin dar marağı əhatəsində olan sahələr ıvardır ki, burada da korrupsiya faktları aşkar etmək mümkündür.Misal üçün tenderlər yaxud özəlləşdirmə" - Ə.Hüseynov bildirib və qeyd edib ki, bu rakursda istənilən ərizə subyektiv xarakter daşıyır.

Komissiya üzvünün fikrincə, gələcəkdə QHT-nin cəlb edilməsi ilə sosial sorğuların aparılması mümkündür ki, bu da Azərbaycanın ictimai həyatının bu və ya digər sahəsində "korrupsiyanın dərəcəsi" barədə müəyyən mənada əminliklə danışmağa imkan verəcək.

Komissiya işlərinin nəticələri barədə illik hesabatların hazırlanması məsələsinə toxunan Ə. Hüseynov qeyd edib ki, bu sənədlər şübhəsiz hazırlanacaq və baxılmaq üçün Azərbaycan prezidentinə və Milli Məclisə təqdim ediləcək.

Azərbaycanda korrupsiyanın qarşısının alınması sahəsində ixtisaslaşdırılmış orqanın funksiyasını dövlət qulluğu idarəetmə şurası yanında korrupsiya ilə mübarizə üzrə Komissiya həyata keçirir.Komissiyaya icraçı, qanunverici və məhkəmə hakimiyyətinin üzvləri daxildir.

Xəbər lenti

Xəbər lenti