...

MÜBARİZ QURBANLI: MÜSAVAT PARTİYASINDA KEÇİRİLƏCƏK GÖRÜŞÜN İQTİDAR-MÜXALİFƏT DİALOQUNA AİDİYYATI YOXDUR"

Siyasət Materials 3 Avqust 2005 14:43 (UTC +04:00)

"Müsavat Partiyasının qərargahında keçiriləcək görüşün iqtidar-müxalifət dialoquna heç bir aidiyyatı yoxdur".

Bu fikirləri Trend ə açıqlamasında Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini Mübariz Qurbanlı bildirib.

Qeyd edək ki, avqustun 5-də Müsavat Partiyasının qərargahında iqtidar-müxalifət partiyaları arasında növbəti dəyirmi masanın keçirilməsi ilə bağlı tərəflərə dəvətnamə göndərilib.

Bu dəvət barədə xəbəri olmadığını deyən Mübariz Qurbanlı onu da qeyd edib ki, iqtidar-müxalifət nümayəndələri arasında görüşün dördüncü raundu Vətəndaş Həmrəyliyi Partiyasının qərargahında keçiriləcək.

"Yeni Azərbaycan Partiyası nəzərdə tutulduğu kimi avqustun birinci yarısında Vətəndaş Həmrəyliyi Partiyasının qərargahında keçiriləcək növbəti görüşdə iştirak edəcək.

Bu görüş barədə ATƏT-in Bakı nümayəndəliyinin rəhbəri Maurisio Pavesi də məlumatlıdır. VHP-də keçiriləcək dəyirmi masada seçkiöncəsi vəziyyət və kütləvi informasiya vasitələrində qeyri-etik təbliğatların aparılması məsələləri müzakirə olunacaq.

Müsavat Partiyasının keçirəcəyi görüşün isə iqtidar-müxalifət dialoquna aidiyyatı yoxdur, sadəcə onlar özləri yığışıb nəyi isə müzakirə etmək istəyirlər. İqtidarla müxalifət arasında dialoq istəyirlərsə, VHP-də keçiriləcək görüşə gəlib öz fikirlərini bildirsinlər"-deyə M.Qurbanlı vurğulayıb.

YAP rəsmisi deyib ki, VHP-nin qərargahında təşkil olunacaq dəyirmi masada iqtidar-müxalifət partiyaları arasında növbəti görüş barədə qərara gəlinəcək.

Xəbər lenti

Xəbər lenti