...

KRIMDA "SÜLHÜN QALXANI - 2005" BEYNƏLXALQ TƏLİMLƏRİN DƏNİZ MƏRHƏLƏSİ BAŞLAYIR

Siyasət Materials 3 Avqust 2005 14:58 (UTC +04:00)

(İTAR-TASS) - "Sülhün qalxanı - 2005" beynəlxalq təlimlərin dəniz mərhələsi bu gün Krımda hərbi poliqonlarda başlayır.Burada Ukrayna hərbi-dəniz Qüvvələrinin dəniz piyada bölüyü, iki desant gəmisi, xilasedici yedək və dalğıc kateri, Ukrayna Hava qüvvələrinin dörd vertolyotu, eləcə də ABŞ dəniz piyada bölüyü, Gürcüstan silahlı qüvvələrinin bölməsi, Azərbaycan ordusunun hissəsi iştirak edir.Ukrayna hərbi idarəsinin mətbuat xidmətində bildirilib ki, bu təlim mərhələsində 10 ölkə müşahidəçi kimi təmsil olunacaq.

Avqustun 13-də başa çatacaq manevrlər qərargahların və üzv ölkələrin bölmələrinin qarşılıqlı əlaqələrinin təkmilləşdirilməsinə, sülhməramlı əməliyyatlarda və ötən təlimlərdə alınmış təcrübədən praktik istifadə, eləcə də müxtəlif ölkələrin hərbçiləri arasında qarşılıqlı anlayış və əməkdaşlıq səviyyəsinin yüksəldilməsi kimi məsələlərə yönəldilib.

Ənənəvi "Sülhün qalxanı" təlimi "Sülh naminə tərəfdaşlıq" proqramı çərçivəsində Ukrayna və ABŞ-nın Quru qoşunları tərəfindən keçirilir.

Təlimlərin 22 ölkədən 750 hərbçinin cəlb olunduğu ilk komanda-qərargah mərhələsi iyulun 13-dən 25-dək Kiyevdə keçirilib.

"Sülhün qalxanı" təlimləri digər ölkələrin hərbi idarələrinin nümayəndələrinin geniş şəkildə cəlb edilməsi ilə Ukrayna və ABŞ-nın müdafiə nazirlikləri arasında ikitərəfli əməkdaşlıq proqramlarının planlı tədbirlərindəndir.

Xəbər lenti

Xəbər lenti