...

DEMOKRATİK İSLAHATLAR PARTİYASI İLƏ MİLLİ DEMOKRATİYA İNSTİTUTU ARASINDA ƏMƏKDAŞLIQ PROQRAMI QƏBUL OLUNUB

Siyasət Materials 3 Avqust 2005 19:00 (UTC +04:00)

Avqustun 3-də Demokratik İslahatlar Partiyasının (DİP) Siyasi Şurasının iclası keçirilib. Partiyadan Trend ə bildirilib ki, iclasda ölkədəki ictimai-siyasi durum, partiyanın seçkilərə hazırlıq vəziyyəti, parlament seçkilərində iştirak edəcək namizədlərinin dəqiqləşdirilməsi və Beynəlxalq Milli Demokratiya İnstitutu ilə əməkdaşlıq məsələləri müzakirə olunub.

Siyasi Şuranın toplantısına Beynəlxalq Milli Demokratiya İnstitutunun proqram rəhbəri Saşa Bryus da qatılıb. Toplantıda Demokratik İslahatlar Partiyası ilə Milli Demokratiya İnstitutu arasında əməkdaşlıq barədə proqram qəbul olunub.

Qeyd edək ki, bir müddət əvvəl Beynəlxalq Milli Demokratiya İnstitutunun Bakı ofisinin rəhbəri Kristi Kuirk ilə DİP sədri Asim Mollazadə arasında əməkdaşlıq barədə ilkin razılıq əldə olunmuşdu.

Xəbər lenti

Xəbər lenti