...

"İCTİMAİ LİDERLƏR BİRLİYİ" VƏ HÜQUQŞÜNASLARIN SEÇKİ BLOKU ƏMƏKDAŞLIQ SAZİŞİ İMZALAYIBLAR

Siyasət Materials 4 Avqust 2005 16:08 (UTC +04:00)

Avqustun 4-də "İctimai Liderlər Birliyi" və "Parlament 2005" Hüquqşünasların Seçki Bloku arasında əməkdaşlıq sazişi imzalanıb. Trend in məlumatına görə, hər iki blok parlament seçkisinin demokratik keçirilməsi prosesində yaxından iştirak etmək məqsədilə, həmçinin qarşqılıqlı yardım və əməkdaşlığı gücləndirmək üçün saziş bağlayıblar.

Tərəflər arasında əldə olunan razılaşmaya əsasən, seçkilərin azad, demokratik, şəffaf keçirilməsi, seçkiyə qədərki şəraitin demokratikləşməsi və bütün namizədlər üçün bərabər şəraitin yaradılması uğrunda birgə mübarizə aparacaqlar.

Həmçinin bloklar seçki məntəqələrində seçkilərin monitorinqini - "exit-poll"u, təkrar səssayma prosesini təşkil edəcək, bu sahədə görüləcək işləri beynəlxalq müşahidəçilərlə əlaqələndirəcəklər. Sazişin şərtlərindən biri də hər iki blokdan olan namizədlərin müdafiə edilməsi, onların təbliğat kampaniyasına dəstək verilməsidir.

Lakin saziş layihəsində istisna təşkil edən bir məqam da var. bu blokların namizədləri seçki dairələrində üst-üstə düşərsə, hər iki tərəfin öz namizədini dəstəkləmək hüququ var.

Artıq bu bəndin tətbiq ediləcəyi seçki dairəsi var. Sumqayıtda hər iki blokun namizədi eyni dairədən seçkiyə qatılıb.

Xəbər lenti

Xəbər lenti