...

İSRAİLİN AZƏRBAYCANDAKI YENİ SƏFİRİ ARTUR LENQ TƏYİN EDİLİB

Siyasət Materials 4 Avqust 2005 17:02 (UTC +04:00)
İSRAİLİN AZƏRBAYCANDAKI YENİ SƏFİRİ ARTUR LENQ TƏYİN EDİLİB

İsrailin Azərbaycandakı yeni səfiri diplomat Artur Lenq təyin edilib. Trend agentliyi bildirir ki, avqustun 4-də Bakıda keçirilən mətbuat konfransında İsrailin Azərbaycandakı diplomatik missiyasını başa çatdıran səfiri Eytan Naye bu barədə bildirib.

Diplomat qeyd edib ki, səfir Artur Lenq avqustun 10-da çərşənbə günü Bakıda olacaq, E. Naye özü isə bazar günü, avqustun 7-də respublikanı tərk edəcək.

Qeyd edək ki, İsrailin müvəqqəti işlər vəkilinin vəzifəsini müvəqqəti olaraq səfirin ikinci müşaviri Yakov Finkelşteyn icra edəcək.O da yeni səfirin gəlişi ilə Azərbaycanda öz missiyasını başa vuracaq və Təl-Əvivə gedəcək.

Xəbər lenti

Xəbər lenti