...

"İCTİMAİ LİDERLƏR BİRLİYİ" SEÇKİDƏ 64 NAMİZƏDLƏ İŞTİRAK EDİR

Siyasət Materials 4 Avqust 2005 17:31 (UTC +04:00)

"İctimai Liderlər Birliyi"nin parlament seçkisində iştirak edəcək vahid namizədlərinin siyahısı açıqlanıb. Trend in məlumatına görə, "İctimai Liderlər Birliyi"nin siyahısında 64 nəfər namizəd var. Onlar həm Birliyin üzvləri olan şəxslərdir, həm blokun dəstəklədiyi və həm də saziş imzaladığı digər seçki bloklarının namizədləridir.

"Parlament-2005" Hüquqşünasların Seçki Blokunun, "Müstəqil Media-2005" Seçki Blokunun, həmçinin "Gənc Lidlerlər" Seçki blokunun namizədləri "İctimai Liderlər"in siyahısına daxil edilib. Blok həmçinin bəzi müstəqil namizədləri də dəstəkləyəcək.

Əliməmməd Nuriyev, İntiqam Əliyev, Ənnağı Hacıbəyli, Əyyub Kərimov, Ataxan Əbilov, Namizəd Səfərov, Əlövsət Əliyev, Vidadi Mirkamal kimi tanınmış hüquqşünaslar, həmçinin qəzet redaktorlarından Rəşad Məcid, Akif Aşırlı, Xoşqədəm Hidayətqızı, Aqil Abbas da "İctimai Liderlər Birliyi"nin dəstəklədiyi namizədlərdir.

Xəbər lenti

Xəbər lenti