...

EYTAN NAYE: AZƏRBAYCAN ANTİSEMİTİZMƏ YERİN OLMADIĞI TOLERANT DÖVLƏTDİR

Siyasət Materials 4 Avqust 2005 18:01 (UTC +04:00)

Azərbaycan antisemitizmin heç bir formasının mövcud olmadığı tolerant və açıq dövlətdir. Trend in məlumatına görə, bu bəyanatla avqustun 4-də Bakıda keçirilən mətbuat konfransında Azərbaycanda diplomatik missiyasını başa vuran İsrail səfiri Eytan Naye çıxış edib.

"Bu gün dünyanın bir çox ölkələrində yəhudilərə qarşı münasibətin kəskinləşdiyi hiss olunsa da, bu hal Azərbaycanda müşahidə olunmur", - deyə diplomat qeyd edib.

O, həmçinin prezident İ.Əliyevlə dünən (avqustun 3-də) baş tutmuş görüşü zamanı dövlət başçısının "yəhudilərlə dostluq münasibətinin dövlət siyasəti yox, azərbaycan xalqının milli xüsusiyyəti" olduğunu vurğuladığını nəzərə çatdırıb.

"Buna görə biz Azərbaycan xalqına və ölkə rəhbərliyinə, azərbaycanlıların və yəhudilərin qardaş olduqlarını vurğulayan prezident İ.Əliyevə minnətdarlığımızı bildiririk", - deyə səfir qeyd edib. O, həmçinin Azərbaycan və İsrailin ksenofobiya ilə mübarizə sahəsində yaxın tərəfdaş olduqlarını bildirib.

"Ümidvaram ki, İsraildə Azərbaycan səfirliyinin açılmasından sonra dövlətlərarası əlaqələr yeni təkan alacaq. Yeni diplomatik nümayəndəliyinin açılması ikitərəfli əlaqələrin gələcəkdə inkişafı üçün stimul olacaq", - deyə diplomat vurğulayıb.

Xəbər lenti

Xəbər lenti