...

İYUL AYININ YEKUNLARI FƏRƏHLİDİR

Siyasət Materials 4 Avqust 2005 18:29 (UTC +04:00)

Milli elektroenergetika müəssisələrində təmir kampaniyası yay aylarında geniş vüsət alır. İyulda Azərbaycan DRES-nin 5 və 6 -cı eneji bloklarında qrafikə uyğun olaraq bərpa və orta təmir işləri görülüb. İki enerji bloku isə mərkəzi dispetçer idarəsinin göstərişinə əsasən, ehtiyata saxlanılıb.

Energetiklər dörd blokla iyulda nəzərdə tutulmuş saatda 680 milyon kilovatt əvəzinə 708 milyon 820 min kilovatt enerji istehsalına nail olublar. Bu isə ötən ilin analoji dövrünə nisbətən 140 milyon kilovatt çoxdur.

Texniki istehsalat şöbsinin rəisi Mərdan Baxışovun məlumatına görə, həmin müddətdə hər kilovatt saat şərti yanacağın xüsusi sərfi 373,69 qram təşkil edib ki, bu da müəssisəyə 7696 ton şərti yanacağa qənaət etməyə imkan verib.

Halbuki bu rəqəm 2004-cü ildə 384,65 qram şərti yanacaq sərf edilməklə 2905 ton olmuşdur. İyulda stansiyada 1 milyon 612 min kilovatt elektrik enerjisinə qənaət edilib, bu sahədə də energetiklər ötən ilki göstəriciləri xeyli üstələyiblər.

Mingəçevir SES əməkçiləri ilin əvvəlindən ölkə iqtisadiyyatına nəzərdə tutulan 659 ilyon kilovatt saat əvəzinə saatda 821,6 milyon kilovatt enerji ötürməyə müvəffəq olublar. Onlar arxada qalan aylar ərzində 1 milyon 654 min kilovatt saat elektrik enerjisinə qənaət ediblər.

Xəbər lenti

Xəbər lenti