...

BAKI ŞƏHƏR İCRA HAKİMİYYƏTİ MİLLİ DEMOKRAT PARTİYASININ AKSİYASINA İCAZƏ VERMƏYİB

Siyasət Materials 4 Avqust 2005 19:09 (UTC +04:00)

Bakı Şəhər İcra Hakimiyyəti Milli Demokrat (Boz Qurd) Partiyasının avqustun 10-da keçirmək istədiyi etiraz aksiyasına izacə verməyib. Bu barədə Trend ə partiyadan məlumat verilib.

Qeyd edək ki, Milli Demokrat Partiyasının dövlət qeydiyyatına alınmasının yubadılmasına etiraz olaraq partiya fəalları avqustun 10-da saat 11.00-da Ədliyyə Nazirliyinin qarşısında piket keçirməyi planlaşdırıblar. Lakin şəhər rəhbərliyi bu aksiyanın keçirilməsini məqsədəuyğun hesab etməyib.

Buna baxmayaraq, Milli Demokrat Partiyası nəzərdə tutulan vaxtda piket keçirməkdə israrlı olduğunu bəyan edib. Partiya rəhbərliyi Bakı Şəhər İcra Hakimiyyətinin cavabını qanunsuz hesab edir və piket zamanı baş verəcək qarşıdurmalara görə məsuliyyətin icra hakimiyyətinin üzərində qalacağını bildirib.

Xəbər lenti

Xəbər lenti