...

GÖYÇAY İCRA HAKİMİYYƏTİ RAYONUN MƏRKƏZİNDƏ "AZADLIQ" BLOKUNUN YÜRÜŞ-MİTİNQ KEÇİRMƏSİNƏ İCAZƏ VERMƏYİB

Siyasət Materials 4 Avqust 2005 19:18 (UTC +04:00)

Göyçay Rayon İcra Hakimiyyəti "Azadlıq" blokunun avqustun 6-a planlaşdırdığı yürüş-mitinqini rayonun mərkəzində keçirilməsinə icazə verməyib. Bu barədə Trend ə seçki blokundan məlumat verilib.

Avqustun 4-də Göyçay Rayon İcra Hakimiyyətindən daxil olan cavab məktubunda deyilir ki, "Azadlıq" blokuna daxil olan partiyaların yerli şöbələri aksiyalarını şəhərdən kənarda yerləşən futbol meydançasında keçirə bilərlər.

Avqustun 4-də həmçinin "Azadlıq" bloku partiyalarının yerli şöbələrinin sədrləri Göyçay rayon polis şöbəsinə çağırılıblar. Polis şöbəsinin rəisi, payon prokuroru və Milli Təhlükəsizlik Nazirliyinin Göyçaydakı nümayəndəsi müxalifətçilərə bildiriblər ki, onlar aksiyalarını icra hakimiyyətinin müəyyənləşdirdiyi yerdə, yəni stadionda keçirsinlər, əks halda, Şəhərin mərkəzində yürüş-mitinq keçirilməsinə imkan verilməyəcək.

"Azadlıq" blokunun yerli nümayəndələri Göyçay rayon icra hakimiyyətinin qərarını qanunsuz hesab edir və avqustun 6-da saat 11.00-da yürüş-mitinqi şəhərin mərkəzində keçirməkdə israrlı olduqlarını bildiriblər.

Xəbər lenti

Xəbər lenti