...

AVROPA ŞURASINDA AZƏRBAYCANIN DAİMİ NÜMAYƏNDƏLİYİNİN SAYTI HAZIRLANIR

Siyasət Materials 5 Avqust 2005 11:12 (UTC +04:00)

Avropa Şurasında (AŞ) Azərbaycanın daimi nümayəndəliyinin saytının hazırlanması üzrə işlər başa çatır. Bu saytda nümayəndəliyin Strasburqda fəaliyyətinə dair operativ informasiyalar yerləşdiriləcək. Bu barədə Trend ə müsahibəsində nümayəndəliyini rəhbəri Aqşin Mehdiyev xəbər verib.

A.Mehdiyev qeyd edib ki, saytda həmçinin Avropa Şurasının strukturlarının müzakirəsinə çıxarılan qərarlara dair materiallar da yerləşdiriləcək.

"Yeni sayt AŞ-nin fəaliyyəti, Parlament Assambleyası sessiyalarının işi barədə Azərbaycan ictimaiyyətini vaxtında məlumatlandırmağa imkan verəcək", - deyə azərbaycanlı diplomat vurğulayıb.

Xəbər lenti

Xəbər lenti