...

ELMAR MƏMMƏDYAROV: AZƏRBAYCANIN XARİCİ SİYASƏTİ AVROPA VƏ AVROATLANTİK STRUKTURLARA İNTEQRASİYA SƏYLƏRİ ÜZƏRİNDƏ QURULUB

Siyasət Materials 5 Avqust 2005 12:40 (UTC +04:00)

(İTAR-TASS) - Azərbaycanın xarici siyasəti Avropa və Avroatlantik strukturlara inteqrasiya səyləri üzərində qurulub. Bu barədə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Karnegi fondunda çıxışı zamanı bildirib.

Bakı və NATO arasında əlaqələr alyans və Azərbaycan arasında fərdi əməkdaşlıq proqramı əsasında qurulur. "Bu, ölkəmiz üçün çox faydalı olan uğurlu bir proqramdır. Bu proqram Azərbaycan ordusunun təşkil olunmasında NATO əməkdaşlarının yardımından ibarətdir", - deyə nazir bəyan edib.

Xarici işlər nazirinin bildirdiyi kimi, Avropa İttifaqı ilə əməkdaşlıq planının layihəsi artıq hazırdır. Azərbaycanda mövcud qanun normalarının Avropa standartlarına uyğunlaşdırılması üzrə Avropa Şurası ilə işlər aparılır.

Nazir həmçinin ABŞ-ın Dövlət Departamenti, Ağ Ev və Pentaqon nümayəndələri ilə də görüşüb.

Azərbaycan terrorçuluqla mübarizədə ABŞ ilə əməkdaşlıq edir. İraqda təxminən 150 azərbaycanlı hərbi qulluqçu var. Onlar Kərbəla və Tikrit şəhərlərində vacib sənaye obyektlərinin qorunmasında iştirak edirlər. Həmçinin Əfqanıstanda da Azərbaycanın hərbi kontingenti yerləşdirilib.

Xəbər lenti

Xəbər lenti