...

ŞAHLAR ƏSGƏROV: AZƏRBAYCAN PARLAMENTİNİN TƏHSİL HAQQINDA QANUNU QƏBUL EDƏCƏYİ SUAL ALTINDADIR

Siyasət Materials 5 Avqust 2005 13:00 (UTC +04:00)
ŞAHLAR ƏSGƏROV: AZƏRBAYCAN PARLAMENTİNİN TƏHSİL HAQQINDA QANUNU QƏBUL EDƏCƏYİ SUAL ALTINDADIR

"Azərbaycan parlamenti təhsil haqqında qanunu çətin ki, qəbul etsin". Trend in məlumatına görə, bu barədə avqustun 5-də Milli Məclisin elm və təhsil məsələləri üzrə komissiyasının sədri Şahlar Əsgərov jurnalistlərlə görüşündə bildirib.

Onun sözlərinə görə, bu layihə onun rəhbərlik etdiyi komissiya tərəfindən bəyənilib və Milli Məclis rəhbərliyinin müzakirəsinə verilib, lakin başları seçkiqabağı proseslərə qarışmış deputatlar onun müzakirə edə bilməyəcəklər.

"Əgər prezident İ.Əliyev şəxsən bu layihəyə ilə məşğul olarsa, o zaman onun müzakirəsi həyata keçə bilər. Parlamentrailər isə yalnız 2006-cı il Azərbaycan büdcəsinin təsdiq olunması üçün yığışacaqlar", - deyə sədr bildirib.

"Bütün bunlar qanun layihəsinə yeni çağırılacaq parlament tərəfindən baxılmasına gətirib çıxaracaq", - deyə sonda Ş.Əsgərov vurğulayıb.

Xəbər lenti

Xəbər lenti