...

AZƏRBAYCAN PREZİDENTİ VƏ FILA BAŞÇISI SƏRBƏST VƏ YUNAN-ROMA GÜLƏŞİ ÜZRƏ KEÇİRİLƏCƏK DÜNYA ÇEMPİONATINA HAZIRLIQ MƏSƏLƏLƏRİNİ MÜZAKİRƏ EDİB

Siyasət Materials 5 Avqust 2005 17:24 (UTC +04:00)

Trend agentliyi bildirir ki, sərbəst və yunan-roma güləşi üzrə 2007-ci ildə Bakıda keçiriləcək dünya çempionatına hazırlıq məsələləri avqustun 5-də Azərbaycan prezidenti İlham Əliyev və Beynəlxalq güləş federasiyaları assosiasiyasının (FILA) başçısı Rafael Martinettinin görüşündə müzakirə edilib.

FILA -nın prezidenti qarşıdakı dünya çempionatına hazırlıq sahəsində işlərin qənaətbəxş gedişini qeyd edərək bu çempionatın yüksək səviyyədə keçiriləcəyinə əminliyini bildirib.

İdman sahəsində Azərbaycanın əldə etdiyi nailiyyətlər barədə qonağa məlumat verən prezident İ.Əliyev bu çempionatın Azərbaycanda keçiriləcək ilk dünya çempionatı olmasından məmnunluğunu bildirib.

Prezidentin sözlərinə görə, Azərbaycanda beynəlxalq yarışların keçirilməsi ölkənin idman sahəsində qazandığı uğurlara sübutdur.

Xəbər lenti

Xəbər lenti