...

SENTYABRIN 1-DƏN "MƏNİM ADIM HANI?" KAMPANİYASI APARILACAQ

Siyasət Materials 5 Avqust 2005 20:23 (UTC +04:00)

"Azadlıq" bloku parlament seçikisində vətəndaşların səsvermə hüququnun pozulmaması üçün sentyabr ayının 1-dən etibarən "Mənim adım hanı?" kampaniyasına başlayacaq. Trend in məlumatına görə bu barədə blokda təmsil olunan Müsavat Partiyasının başqanı İsa Qəmbər məlumat verib.

O, bildirib ki, seçkidə baş verən saxtakarlıqlar əsasən seçici siyahılarının düzgün tərtib olunmaması ilə bağlıdır. Bu vəziyyətin təkrar olunmaması üçün indidən seçicilər öz adlarını siyahılara düşüb-düşməməsini araşdırmalıdır.

İ.Qəmbər bildirib ki, vətəndaşlar "Mənim adım hanı?" kampaniyasında iştirak etməklə öz adlarının seçici siyahılarına düşməsinə nail olmalıdırlar. Müsavat başqanının fikrincə, sentyabrın 1-ə kimi seçici siyahıları məntəqələrdən asılmalıdır, əks təqdirdə bu, çox ciddi problemə çevrilə bilər.

Xəbər lenti

Xəbər lenti