...

IREX: AZƏRBAYCAN KİV HAQQINDA QANUN 4-DƏN 3,5 BAL OLARAQ QİYMƏTLƏNDİRİLİR

Siyasət Materials 6 Avqust 2005 14:35 (UTC +04:00)
IREX: AZƏRBAYCAN KİV HAQQINDA QANUN 4-DƏN 3,5 BAL OLARAQ QİYMƏTLƏNDİRİLİR

ABŞ Dövlət departamentinin beynəlxalq informasiya proqramları Bürosu tədqiqatlar və mübadilələr üzrə Beynəlxalq şuranın (IREX) "2004-cü ildə KİV-nin sabitlik indeksi: Avropa və Avrasiyada sabit KİV-nin inkişafı" adlı illik dördüncü məruzə mətnini yayıb.

Trend agentliyi bildirir ki, həmin məruzənin hazırlanması ABŞ beynəlxalq inkişaf Agentliyi (USAID) tərəfindən maliyyələşdirilib.

Sənədə əsasən, müxtəlif postsovet regionlarında KİV müxtəlif səviyyədə inkişaf etdirilir.20 ölkədə kütləvi informasiya vasitələrinin (KİV) keyfiyyət və sayını təhlil edən məruzə göstərir ki, Avrasiya ölkələrinin çoxunda eyni səviyyədə qalma və ya gerilik müşahidə olunduğu zaman Şərqi Avropa ölkələrinin əksəriyyətində irəliləyiş nəzərə çarpırdı.

Məruzə KİV-nin dördillik dövr ərzində - 2001-ci 2004-cü illər - inkişafını aşağıdakı kriteriyalar üzrə təhlil edir: söz azadlığı, KİV-də plyuralizm, peşəkar jurnalistikanın standartları, KİV biznesinin sabitliyi və müstəqil KİV-i dəstəkləyən institutların səmərəliliyi.Məruzə həm mənfi, həm də müsbət tendensiyaları göstərir, eləcə də hər bir ölkədə müstəqil KİV-nin perspektivlərini nəzərdən keçirir.

Sənəd üç əsas mənfi tendensiyanı ayırır:
- söz azadlığının müdafiəsinə yönəldilmiş qanunvericiliyin tətbiqində və KİV-nin obyektiv və şəffaf tənzimlənməsinin həyata keçirilməsində çatışmamazlıqlar;
- hər yerdə özünənəzarət;
- jurnalistlərin universitet hazırlığının lazımi səviyyədə olmaması

KİV üzrə qanunvericiliyin tətbiq edilməsinə dair "Mənfi tendensiyalar" rubrikasında qeyd olunur ki, ölkələrdə KİV-nin rastlaşdığı əsas daimi mənfi tendensiyalardan biri məhkəmə sisteminin zəifliyi və söz azadlığının müdafiəsi və KİV-nin obyektiv və şəffaf tənzimlənməsi üçün heç olmasa, nəzəri baxımdan nəzərdə tutulmuş qanunvericiliyin səmərəli tətbiq edilməsinin acı yararsızlığıdır.

Bir çox ölkələrdə yaxşı qanunların olmasına baxmayaraq çoxlu sayda qruplar göstərir ki, bunlar praktikada gerçəkləşdirilmir. Həqiqətən bu spesifik kateqoriya üçün orta bal 1,94 təşkil edir ki, bu da 2004-cü ildə KİV haqqında qanunların təbiq edilməsinin qeyri-sabitliyini göstərir.

Azərbaycanda tədqiqat aparmış qrupun üzvlərindən biri qeyd edib ki, "qanun və onun tətbiq edilməsi bütövlük təşkil edir.Əgər qanunların mövcudluğu ayrı-ayrılıqda qiymətləndirilsə, onda 3,5 bal (dörd ballıq şkala üzrə) qoymaq olardı.Amma qanun tətbiq edildikdə qiyməti, demək olar ki, sıfra dək azaldır ".

Xəbər lenti

Xəbər lenti