...

İLYAS İSMAYILOV NAMİZƏDLİYİNİ TOVUZ RAYONUNDAN İRƏLİ SÜRƏCƏK

Siyasət Materials 6 Avqust 2005 14:57 (UTC +04:00)

Ədalət Partiyasının sədri İlyas İsmayılov parlament seçkisində namizədliyini 106 saylı Tovuz seçki dairəsindən irəli sürə bilər. Bu barədə Trend ə İlyas İsmayılov məlumat verib.

O bildirib ki, 106 saylı dairədən namizədliyini irəli sürməsi ilə bağlı Tovuz rayonundan çoxsaylı müraciətlər alıb. Ədalət Partiyasında da sədrin namizədliyini Tovuzdan verməsi təşəbbüsü dəstəklənib və partiya üzvləri İ.İsmayılovun buna qərar verməsini gözləyirlər.

Qeyd edək ki, İ.İsmayılov artıq 8 saylı Binəqədi seçki dairəsindən namizədliyini verib, imza vərəqələrini də götürüb. Gələn həftənin ilk günlərində Ədalət Partiyası sədrinin Binəqədidən namizədliyini geri götürüb, Tovuzdan irəli sürəcəyi gözlənilir.

Xəbər lenti

Xəbər lenti