...

"YENİ SİYASƏT" VƏ "AZƏRBAYCANÇI QÜVVƏLƏR" SEÇKİ BLOKLARI ƏMƏKDAŞLIQ SAZİŞİ İMZALAYACAQ

Siyasət Materials 6 Avqust 2005 15:03 (UTC +04:00)

Gələn həftə "Yeni Siyasət" və "Azərbaycançı Qüvvələr" seçki blokları arasında əməkdaşlığa dair saziş imzalanacaq. Bu barədə Trend ə "Yeni Siyasət" blokunun mətbuat xidmətinin rəhbəri Elza Alışova məlumat verib.
O, bildirib ki, əmədaşlığa dair sazişə əsasən "Yeni Siyasət" və "Azərbaycançı qüvvələr" seçki blokları müəyyən dairələr üzrə namizədləri barədə razılığa gələcək, bir-birinin əleyhinə təbliğat aparmayacaq, qarşılıqlı yardımlar edəcəklər.

124 dairədən namizəd irəli sürəcək "Yeni Siyasət" blokunun hələki 78 namizədi müəyyənləşib. Qalan dairələr üzrə isə danışıqlar gedir, blokun tərəfdaşları, əməkdaşlıq sazişi bağladıqları seçki blokları ilə razılaşmalar aparılır. Yaxın günlərdə ölkə üzrə bütün dairələrdən verilən namizədlər müəyyən edilərək ictimaiyyətə açıqlanacaq.

Xəbər lenti

Xəbər lenti