...

ÇİNGİZ QƏNİZADƏNİN NAMİZƏDLİYİ ÜÇ SEÇKİ BLOKU TƏRƏFİNDƏN DƏSTƏKLƏNİR

Siyasət Materials 6 Avqust 2005 15:05 (UTC +04:00)

"Yeni Siyasət" blokunun Ağdaş rayon şöbələri həmin ərazidən "Azadlıq" blokunun namizədlər siyahısında olan Çingiz Qənizadəni dəstəkləməyə qərar veriblər. Bu barədə Trend ə hüquq müdafiəçisi Çingiz Qənizadə məlumat verib.

Onun sözlərinə görə, "Yeni Siyasət" blokunda təmsil olunan Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP), Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) Ağdaş rayon şöbələri ilə blokun Koordinasiya Şurası arasında fikir ayrılığı yaranıb.

Belə ki, bu iki partiyanın yerli şöbələri 90 saylı Ağdaş seçki dairəsindən "Yeni Siyasət" blokunun irəli sürdüyü öz namizədini deyil, məhz Çingiz Qənizadəni dəstəkləyəcəklərini elan ediblər. Hüquq müdafiəçisinin sözlərinə görə, bu qərar "Yeni Siyasət" bloku Koordinasiya Şurası tərəfindən narazılıqla qarşılanmayıb.

Ç.Qənizadənin namizədliyi həm də "İctimai Liderlər Birliyi" tərəfindən dəstəklənir. Belə ki, "İctimai Liderlər Birliyi" 90 saylı Ağdaş seçki dairəsindən namizəd irəli sürməyib və blokun vahid namizədlər siyahısına həmin dairədən Ç.Qənizadənin adı daxil edilib.

Hüquq müdafiəçisi isə rəsmən "Azadlıq" blokunun siyahısı üzrə seçkidə iştirak edir. O, Müsavat Partiyasının tərəfdaşı olmasına baxmayaraq, seçkidə müstəqil namizəd kimi iştirak etdiyini bildirib.

Xəbər lenti

Xəbər lenti