...

İRAN XƏZƏR PROBLEMİNİN SÜLH YOLU İLƏ HƏLLİNİN TEZLƏŞDİRİLMƏSİNİ TƏKLİF EDİR

Siyasət Materials 8 Avqust 2005 13:24 (UTC +04:00)

(İTAR-TASS) - İran Xəzər probleminin sülh yolu ilə həllinin tezləşdirilməsi təklifi ilə çıxış edir və bu məqsədlə sahilyanı ölkələrin bütün imkanlardan istifadə etməyə çağırır. Bu barədə İTAR-TASS-ın müxbirinə eksklüziv müsahibəsində İranın Moskvadakı səfiri Qulamrza Ənsəri bildirib.

O qeyd edib ki, Xəzər "beşliyi" (Rusiya, İran, Azərbaycan, Qazaxıstan və Türkmənistan) müxtəlif səviyyələrdə müzakirələri davam etdirir və bununla əlaqədar artıq bir neçə birgə iclaslar keçirilib. 2002-ci ildə Aşqabadda keçirilmiş sammitdə dövlət başçılarının növbəti görüşlərinin Tehranda keçirilməsinə dair qərar qəbul edilmişdi.

Səfirin sözlərinə görə, yeni sammitin təşkilatçısı kimi İran onun keçirilməsi üçün müvafiq tarix təklif edib. "Danışıqlarda iştirak edən bir sıra dövlətlərin sammitin Xəzərin hüquqi statusuna dair Konvensiyanın işlənib hazırlanmasının başa çatmasından sonra keçirilməli olduğu fikrinə əsaslanması ilə əlaqədar zirvə görüşü təxirə salınıb. İran əvvəlki kimi bu sammitin keçirilməsinə hazırdır. Onun vaxtı isə əlavə məsləhətləşmələrdən sonra elan olunacaq", - deyə səfir bildirib.

Xəbər lenti

Xəbər lenti