...

LİBERAL PARTİYASI İLƏ "YENİ SİYASƏT" BLOKUNUN NAMİZƏDLƏRİ SEÇKİDƏ RƏQİB OLACAQLAR

Siyasət Materials 8 Avqust 2005 14:18 (UTC +04:00)

Azərbaycan Liberal Partiyasının (ALP) bir müddət əvvəl təmsil olunduğu "Yeni Siyasət" bloku ilə namizədləri seçkidə bir-birilərinə rəqib olacaqlar. ALP-nin İcraiyyə Komitəsinin sədri Əvəz Temirxan Trend ə bildirib ki, "Yeni Siyasət" blokunda 3 nəfər istisna olmaqla bütün namizədlər partiyanın namizədləri ilə toqquşur. Liberal Partiyası "Yeni Siyasət"in yalnız 3 üzvü - AMİP lideri Etibar Məmmədov, Azərbaycan Ziyalı Hərəkatının sədri Eldəniz Quliyev və "Azad Demokratlar Birliyi" Partiyasının sədri Əli Məsimovun namizədliyini verdiyi dairədən namizəd irəli sürməyib: "Biz "Yeni Siyasət" blokunun namizədlərinə görə bəzi dairələrdə güzəştə getdik.

Lakin "Yeni Siyasət" bloku, konkret olaraq Ayaz Mütəllibovun partiyası bir dairədə Lalə Şövkətə güzəştə getmədi. Ona görə də biz əvvəlki müttəfiqliyimizə görə onlara yenidən hər hansı güzəştə getmək niyyətində deyilik"-deyə Ə.Temirxan vurğulayıb.

Ə.Temirxanın sözlərinə görə, 3 seçki dairəsində "Yeni Siyasət" blokunun namizədini dəstəkləyən Liberal Partiyası daha dörd dairə üzrə də "Azadlıq" blokuna güzət edib. "Azadlıq" blokunun liderlərinin seçki dairələrindən namizəd irəli sürməyən Liberal Partiyası İsa Qəmbər, Əli Kərimli, Rəsul Quliyev və Sərdar Cəlaloğlunun namizədliyini dəstəkləyəcək, tərəfdarlarını həmin dairələrdə onlara səs verməyə çağıracaq. Ə.Temirxan "Azadlıq" bloku ilə rəsmi əməkdaşlığın, müttəfiqliyin mümkün və real olduğunu da vurğulayıb.

Xəbər lenti

Xəbər lenti