...

FƏRHAD ƏLİYEV: GƏLƏCƏKDƏ MANATIN MÖVQEYİ BELƏ KƏSKİN MÖHKƏMLƏNMƏYƏCƏK

Siyasət Materials 8 Avqust 2005 15:35 (UTC +04:00)

"Dolların manata nisbətən məzənnəsinin kəskin aşağı düşməsi istehsalda mənfi amildir. Eyni zamanda o, ixracın stimullaşdırılmasına da mənfi təsir göstərir. Lakin bu, xaricdə istehsal olunan malların idxalı ilə məşğul olan şirkətlər üçün əlverişlidir". Trend in məlumatına görə, bu barədə jurnalistlərə iqtisadi inkişaf naziri Fərhad Əliyev bildirib.

"Sonda manatın mövqeyinin möhkəmlənməsi üçün görülən tədbirlər işsizliyə, xaricə mal ixrac edən müəssisələrin bağlanmasına səbəb ola bilər. Dolların məzənnəsinin bu qədər kəskin aşağı düşməsi həm də istehsala olan marağın azalmasına gətirib çıxara bilər. Lakin nəzərə almaq lazımdır ki, inflyasiyanın idarə olunması da vacib məsələlərdən biridir. Bütün bunlar sinxronlaşdırılmalıdır, yəni inflaysiyanın artması və müəssisələrin bağlanılmasına yol verməmək üçün işlər aparılmalıdır. İnanıram ki, gələcəkdə manatın mövqeyi bu qədər kəskin möhkəmlənməyəcək.", - deyə nazir qeyd edib.

Cari ildə manatın dollara nisbətən məzənnəsi 4903AzM/$1 göstəricisindən başlayıb. Avqustun 8-nə olan vəziyyət üzrə məzənnə artıq 4674AzM/$1 göstəricisinə bərabərdir.

Xəbər lenti

Xəbər lenti