...

MÜASİR MÜSAVAT PARTİYASININ ÜZVLƏRİ AXC(İSLAHATÇILAR) PARTİYASININ BİNASI QARŞISINDA AKSİYA KEÇİRİRLƏR

Siyasət Materials 8 Avqust 2005 17:01 (UTC +04:00)
MÜASİR MÜSAVAT PARTİYASININ ÜZVLƏRİ AXC(İSLAHATÇILAR) PARTİYASININ BİNASI QARŞISINDA AKSİYA KEÇİRİRLƏR

Avqustun 8-də saat 15.15-də "Müasir Müsavat" partiyasının 50-yfə yaxın üzvü Axərbaycan Xalq Cəbhəsi (islahatçılar) Partiyasının (AXC(İ)P) binası qarşısında aksiya keçirib. Trend in məlumatına görə, aksiya iştirakçıları AXC(İ) P sədri Əli Kərimli və hazırda həbsdə olan "Yeni fikir" gənclər Birliyinin sədri Ruslan Bəşirlinin ünvanına şüarlar səsləndiriblər.

Aksiyanın başlamasından 10 dəqiqə sonra "Müasir Müsavat" partiyasının üzvləri "cəbhəçilərə" daş və plastik butılkalar atmağa başlayıblar. Bundan sonra aksiya iştirakçıları ilə polis arasında qarşıdurma baş verib.

Toqquşma nəticəsində "Müasir Müsavatr" partiyasının bir neçə üzvü müxtəlif dərəcəli xəsarətlər alıb.

Hazırda aksiya davam edir. Tərəflər öz mövqelərini tərk etməyiblər.

Xəbər lenti

Xəbər lenti